• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 16 dəfə azalıb

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 16 dəfə azalıb
19.02.2021 14:56
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam etmişdir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.                                                                                                                      

2021-ci ilin yanvar ayında ölkəmizə gələnlərin 34,1 faizi Rusiya Federasiyası, 28,4 faizi Türkiyə, 13,1 faizi İran, 11,7 faizi Gürcüstan, 2,1 faizi Ukrayna, 1,5 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və Türkmənistan, 0,7 faizi Qazaxıstan, 0,6 faizi Almaniya, 0,5 faizi İtaliya, 0,4 faizi ABŞ, 0,3 faizi Fransa, 4,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 95,2 faizini kişilər, 4,8 faizini qadınlar təşkil etmişdir.                               

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan - 12,6 dəfə, Türkmənistandan - 8,8 dəfə, Özbəkistandan - 6,0 dəfə, Rusiya Federasiyasından - 5,5 dəfə, Ukraynadan - 5,3 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, İrandan - 2,8 dəfə, Belarusdan - 2,6 dəfə, Türkiyədən - 2,3 dəfə azalmışdır.

2020-ci ilin yanvar ayı ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,0 faizi dəmir yolu və avtomobil, 23,4 faizi hava, 4,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                                                           

2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 15,6 dəfə azalaraq 27,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 48,1 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 10,4 faizi Gürcüstana, 8,7 faizi İrana, 18,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,2 dəfə azalmışdır.

2021-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 60,7 faizi hava, 8,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol