• $
  • €
  • ₽
  • ₺
  • £

"Zəngilan və Kələbəcər qızıl yataqları Azərbaycanın qızıl ixracını artıracaq" - Nicat Hacızadə

"Zəngilan və Kələbəcər qızıl yataqları Azərbaycanın qızıl ixracını artıracaq" - Nicat Hacızadə
31.03.2021 15:20
Zəngilan və Kələbəcər qızıl yataqlarının işğaldan azad edilməsi 2021-ci ildə Azərbaycanın  qızıl ixracının həcminə müsbət təsir edəcək, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bu gün keçirilən məətbuat konfransında anews.az-ın sualına cavab verərkən deyib.

"Qızıl ixracında Azərbaycan son illər ciddi şəkildə irəliləyiş əldə edib. Bu sahə üzrə müvafiq dövlət şirkətinin formalaşması və həmin dövlət şirkətinin xarici ixrac əməliyyatlarını artıması ümümi qızılın qeyri neft sektorunda yüksək paya sahib olmasının əsas şərtidir. Son bir neçə ilə baxsaq görərik ki, qızılın ümümi ixracı qeyri neft sektorunda ilk üçlükdə yer alır. Bu lider mövqedə olan bir məhsuldur. Qızılın artması ilə bağlı müvafiq yataqların Azərbaycan tərəfinin nəzarətində olması, onun qarşıdakı müddətdə hasilatı və istifadəsi ölkəmizin qızıl ixracını artıracaq. Nəinki qızıl ixracı digər resurslar da orda mövcuddur ki, bu resurlaslar ölkəmizin xammal ixracına müsbət təsir göstərəcək” – deyə  Hacızadə bildirib. 

Nicat Hacızadə 2021-ci ildə Azərbaycan məhsulları üçün yeni xarici bazarların açılması ilə bağlı qeyd etdi ki, pandemiya müəyyən qədər bu diversifikasiyanın daha çox genişlənməsinə əngəl törədib.

"Dövlət başçısı tərəfindən də qeyd olunub ki, biz yeni ixrac bazarları tapmalıyıq, məhsullar diversifikasiya olunmalıdır. Həm coğrafi, həm də məhsul diversifikasiyası önəmlidir. 2021- ci ildə pandemiyanın əhatə dairəsi zəifliyərsə bu da ölkəmizin ixrac diversifikasiyasına müsbət təsir göstərəcək, deyə Hacızadə vurğulayıb. 
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Azərbaycan 2021-ci ilin ayında 331,3  milyon dollarlıq qeyri neft sektoruna aid məhsul ixrac edib.Bu da 2020-ci ilin uyğun dövründən 11,3% çoxdur. 


Hesabat dövründə 34,4 milyon dollarlıq qızıl ixrac edilib, bu da ötən ilin uyğun dövründən 26% çoxdur. O cümlədən pambıq ixracı 24%, xurma - 97,9%, polipropilen - 36,5%, soyulmuş fındıq - 15,3% artıb. Pomidor ixracı isə 42,5% azalıb. 


2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 2019-cu illə müqayisədə 5,2% az olmaqla 1,9 milyard dollar təşkil edib. İqtisadiyyat Nazirliyinin məlumatına  görə, Azərbaycanın qeyri-neft ixracatı 2026-cı ilə qədər təxminən 4 milyard dollar təşkil edəcək.


Gülnar Nazimqızı



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol