• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat yönündə əməkdaşlığa başlayır

Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat  yönündə əməkdaşlığa başlayır
29.04.2021 14:40
Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın aparıcı banklarından olan Roseximbank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov imza atıb.  Memorandumun imzalanması Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının aprelin 27-də Moskvada keçirilən toplantısında elan edilib. 

Sənəd Azərbaycanla Rusiya arasında ticarət əlaqələrində hər iki bankın birgə iştirakını, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq dəstəyini nəzərdə tutur. Razılaşmaya uyğun olaraq Azərbaycan və Rusiyada biznes üçün perspektivli sayılan sektorlarda - o cümlədən infrastruktur, informasiya texnologiyaları, energetika, neft-kimya, aqrar sənaye və s. bu kimi sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi imkanları dəyərləndiriləcək. Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək. Onların bank xərclərini azaldacaq. Tərəflər ətraf mühitin qorunması, təbii resurslardan məqsədyönlü istifadə, yaşıl texnologiyaların tətbiqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivlərinə də baxacaqlar. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu memorandumun Bankın xarici əlaqələrinin inkişafına xidmət etdiyini bildirib: "Roseximbankla əməkdaşlığımız müştərilərimizə yeni imkanlar yaradacaq. Xüsusilə ixracla məşğul olan sahibkarlar iki bankın əməkdaşlıq əlaqələrindən geniş faydalana biləcəklər. Bu əməkdaşlığımız Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə, ticarət əlaqələrinin daha da inkişafına töhfə verəcək. Yeni, faydalı təcrübələr formalaşdıracaq”.

Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov da bu əməkdaşlığın mühüm önəm daşıdığını qeyd edib: «Bu tərəfdaşlığımız Azərbaycana məhsul və xidmət ixracı ilə məşğul olanlara maliyyə dəstəyi üçün effektiv alətlər təqdim etmək imkanı yaradır. Birgə layihələrimiz Rusiya məhsullarının Azərbaycana ixracına, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiyaların cəlb olunmasına kömək göstərəcək”. 

Azərbaycan Beynəlxalq Bankının müasir, universal, faydalı xidmət və məhsulları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol