• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ay SOCAR Ukraynaya 100 ton LPG tədarük edib

Bu ay SOCAR Ukraynaya 100 ton LPG tədarük edib
08.06.2021 23:30
Rusiyanın "Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Rosneft” şirkətinin birgə təsis etdikləri "SOCAR New Energy” şirkəti iyun ayının ilk 6 günündə 1 000 ton mayeləşdirilmiş neft qazı (LPG) tədarük edib.

"Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.

Bildirilir ki, bu həcmlərin 100 tonu SOCAR-ın Ukraynadakı törəmə "SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib.

Məlumata görə, bu ayın ilk 6 günü ərzində Ukraynaya ümumilikdə 27 min ton LPG tədarük edilib. Bu da may ayının analoji dövrü ilə müqayisədə 3,5 min ton çoxdur.

Belə ki, bu müddət ərzində Rusiyadan Ukraynaya 10,7 min ton LPG aparılıb. Bu müddət ərzində Qzaxıstandan Ukraynaya 8 min ton LPG tədarük edilib ki, bu da ötən ayın analoji dövrü ilə müqayisədə 30 % azdır.

Eyni dövrdə Belarusdan Ukraynaya 5,2 min ton LPG məhsulu idxal edilib ki, bu da daha əvvəlki ayın eyni dövrü ilə müqayisədə eynidir. Ukraynanın qərb sərhədlərindən isə ölkəyə 3,1 min ton LPG tədarük edilib ki, bu da may ayının 6 gününün göstəricisi ilə müqayisədə 19 % azdır. Bu müddət ərzində əsasən Litvadan LPG tədarük edilib ki, bu həcmin miqdarı isə 1,1 min ton təşkil edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol