• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Gürcüstanın üçüncü əsas ixrac tərəfdaşı olub

Azərbaycan Gürcüstanın üçüncü əsas ixrac tərəfdaşı olub
20.08.2021 20:30
Bu ilin yanvar-iyul aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 586 milyon 890 min ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 9,1 % çoxdur.

Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,8 % paya sahib olan Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

İlk yeddi ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 295,3 milyon ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni göstəricisindən 22,7 % çoxdur.

Azərbaycan Gürcüstanın ümumi ixracında 13 % payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III sırada yer alıb.

Qonşu ölkə Azərbaycandan 291,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 1,8 % azdır. Gürcüstanın ümumi idxalında Azərbaycan 5,6 % payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol