• $
  • €
  • ₽
  • ₺
  • £

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri işdən getdi

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri işdən getdi
21.05.2014 17:33
Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov vəzifədən azad olunub.

O, “Media forum” saytına deyib ki, mayın 21-də öz ərizəsi ilə işdən gedib: “Səhər tezdən kənd təsərrüfatı naziri Heydər Əsədovun yanına getdim. İşdən çıxarılmağım üçün ərizə verdim. Dedim ki, səhhətimdə problemlər var, müalicə üçün Türkiyəyə getməliyəm. Nazirlə söhbətimiz bir saatdan artıq davam etdi və ərizəmi götürdü.

Sonra nazir müavini “Aqrolizinq”ə gəldi. Kollektivi topladıq, nazir müavini çıxış etdi, işimdən razılıq etdi, xeyir-dua verdi. Mən 8 il burada işləmişəm. Hər şey normaldır, heç bir problem yoxdur”.Əli Bayramov bildirib ki, artıq “Aqrolizinq”ə sədr əvəzi təyin olunub. Cəmiyyətin sədr müavini Elşən Məmmədov sədr səlahiyyətlərini həyata keçirəcək: “Nazirə bildirdim ki, bura çətin təşkilatdır, kənardan kimisə gətirmək problem olar. Ona görə də müavinim Elşən Məmmədovun namizədliyini irəli sürdüm. Elşən Məmmədov kənd təsərrüfatı üzrə elmlər namizədidir. Bu sahə ilə bağlı müxtəlif layihələrdə işləyib. Cavan və savadlıdır. Üç aydır müavin idi”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol