• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan susuz qala bilərmi?

Azərbaycan susuz qala bilərmi?
09.09.2021 12:33
Azərbaycanın son 30 ilin su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı real göstəricilər və növbəti onilliklərə olan proqnozlara əsasən, ölkənin su ehtiyatları 2050-ci ilə kimi daha 10 faiz azalacaq, bunu anews.az-a müsahibəsində Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, iqlim dəyişmələri, qlobal istiləşmə, şirin su ehtiyatlarının okean və dəniz suları ilə qarışması, şimal və cənub qütblərində olan buzlaqların əriməsi ümumbəşəri  problemdir.  Digər məsələ isə meşə sahələrinin, meşə ehtiyatlarının azalması, səhralaşmanın sürətlə getməsidir. 
 
Su qıtlığının qarşısının alınması məqsədilə həyata keçirilən dövlət tədbirlərinə gəlincə isə nazir müavini bildirib ki, suya qənaət edən texnologiyaların tətbiqi, su ehtiyatlarının artırılması istiqamətində görülən işlər, yeraltı su ehtiyatlarından istifadənin genişləndirilməsi, məişət-çirkab və istehsalat sularının təkrar emalı və istifadəyə verilməsi, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı planlaşdırılan və həyata keçirilən layihələr gələcəkdə yarana biləcək su qıtlığının qarşısının alınmasına xidmət edir.
 
" 2020-ci ilin aprelində su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı Su Komissiyası yaradıldı. 2020-ci il iyulun 27-də həmin komissiyanın təqdim etdiyi tədbirlər planı ölkə başçısı tərəfindən təsdiqləndi. Həmin tədbirlər planında bir çox həlli vacib məsələlər qoyulub və artıq bir neçə bəndin icrası ilə bağlı tədbirlər görülüb. Bunlar yeni su anbarlarının tikintisi və layihələndirilməsi işləridir.   Artıq bir neçə anbarın layihə işləri başa çatmaq üzrədir. İki su anbarının tikintisi və  7 su anbarının texniki-iqtisadi sənədinin hazırlanması ilə bağlı işlər görülür", - deyə Kərimov əlavə edib.
 
İşğaldan azad edilmiş ərazilərdə Həkəri və Bərgüşad çaylarının üzərində yeni su anbarlarının tikintisi ilə bağlı layihələr artıq razılaşdırılıb. Növbəti mərhələlərdə həmin su anbarlarının tikinti layihələri və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı işlər görüləcək. 

"Su ehtiyatlarımız azalan istiqamətdədir. Baxmayaraq ki, 2020-ci ilin faktiki göstəriciləri ilə  müqayisədə bu il 36.3 mlrd kub metrdir, ancaq keçən ilki su ehtiyatları hesablananda işğaldan azad olunmuş ərazilərdə, Şərqi Zəngəzur və Qarabağ bölgəsində olan ərazilərdəki su həcmləri həmin su balansına daxil edilməmişdi. Amma bu ildən həmin bölgələrdəki su həcmləri də ölkəmizin su ehtiyatlarına daxil edilib",-deyə Kərimov əlavə edib.
 
Kərimov deyir ki, işğaldan azad edilmiş ərazilərin su ehtiyatının göstəriciləri iqlim dəyişikliyi səbəbindən su həcminin azalma tendensiyasını nəzərə almaqla hesablanıb. Azad olmuş ərazilərimizdə 1.8-2 milyard kub metrə yaxın su ehtiyatları var. Bunlar Araz çayı da daxil olmaqla 14 çay, 9 su anbarı, 3 təbii göl-Böyük Alagöl, Kiçik Alagöl və Qaragöllərdə formalaşan su ehtiyatlarıdır.

Mövcud su ehtiyatlarının təqribən 65 faizi ölkədən kənarda formalaşan su ehtiyatlarıdır və tranzit çaylar vasitəsilə Azərbaycan ərazilərinə axır. Yerdə qalan 35 faizi isə Azərbaycanın ərazisində formalaşan sulardır və bu, ümumilikdə bütün yeraltı və yerüstü su ehtiyatlarını təşkil edir.


Nazir müavininin fikrincə, həmin ölkələrdəki çayların üzərində müxtəlif infrastrukturun qurulması, su elektrik stansiyalarının, müxtəlif su anbarlarının tikilməsi, bu ölkələrin ərazilərində suların azsulu  əkin sahələrinə və digər ərazilərə ötürülməsi də Azərbaycana gələn suların miqdarının azalmasının səbəblərindəndir.

 

Azərbaycanın su ehtiyatları həm 2021, həm də 2022-ci illər üçün bu proqnoz təsdiqlənib.

Azərbaycanın 2021-ci il üçün təsdiqlənmiş proqnoz su ehtiyatlarının 27.7 milyard kub metri  yerüstü su ehtiyatları, 8.6 milyard kub metr isə yeraltı su ehtiyatlarıdır.

2020-ci ildə ölkənin su ehtiyatları 33.8 milyard kub metr olub. Bu, 2019-cu illə müqayisədə 8-10 faiz azalma deməkdir. 2019-cu ildə su ehtiyatları isə 36.8 milyard kub metr təşkil edib.

 

Samirə Əli

 

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.

 

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol