• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ilin büdcə layihəsi nə söz verir? - AÇIQLAMA

2022-ci ilin büdcə layihəsi nə söz verir? - AÇIQLAMA
09.09.2021 16:48
Azərbaycan Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin layihəsini təqdim edib. Büdcə layihəsində gələn il neftin qiyməti 45 dollar, planlaşdırılan xərclər 28,974 milyard manat,  gəlirlər 26,407 milyard manat, büdcə kəsiri 2.567 manat, İqtisadiyyatda artım 4 faiz,orta illik inflyasiya 3.6 faiz, Dövlət Neft Fondundan büdcə transferləri 11.860 milyard manat yəni gəlirlərin 45 faizi qədər müəyyən olunub. 

Bəs 2022-ci ilin büdcəsi  ölkə iqtisadiyyatına nə kimi təsir edəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədov bildirib ki, büdcə layihəsində 2025-ci ilə qədər neftdən asıllığın müəyyən qədər azalması nəzərdə tutulub.


"2022-ci ilin büdcə layihəsində vəsaitin əsas hissəsi Qarabağın bərpasına və Ordu quruculuğuna ayrılacaq. Növbəti illər üçün qeyri neft sektorundan gələn gəlirlərin artması da nəzərdə tutulur. Qarabağdakı bərpa işləri tam başa çatdıqdan sonra oradakı quruculuq qeyri neft sektorunun inkişafına müsbət təsir edəcək. Əsas strukturun düzgün təkmilləşməsidir. Elə məhsullar var ki, Azərbaycanda istehsal etmək mümkündür. Bu zaman ixrac azalacaq, həmin məhsullar ölkə daxilində istehsal olunacaq. Bunlar da ÜDM-un artımına səbəb olacaq. Zamanla qeyri neft sektorundan gələn gəlirlər 70 faizə qədər yüksələcək”, - deyə deputat qeyd edib.

Vahid Əhmədov həmçinin  COVİD-19-la mübarizəyə  təxminən 4 milyard pul xərcləndiyini bildirdi.

İqtisadi ekspert Xalid Kərimli isə hesab edir ki, Maliyyə Nazirliyinin 2022-ci il büdcə lahiyəsi ötən ilin büdcəsinin təkrarıdır.

"Ötən il büdcənin təxminən 52 faizi neft sektorundan gələn gəlirlər hesabına  formalaşmışdı. Bu il də büdcə gəlirlərinin 52 faizi  neft sektorunun  payına düşəcək. Neft sektorundan büdcəyə daxil olacaq vəsaitin 87.5faizi birbaşa Neft Fondundan transfer olunacaq. Bu da büdcə gəlirlərinin 45 faizi deməkdir. Azərbaycan yaxın bir neçə ildə hələ Neft Fondundan asılı qalacaq. ÜDM artımı gözləniləndir. Neftin qiymətinin artması, Qarabağdakı bərpa işlərindən sonrakı fəaliyyət ÜDM artıracaq. Son bir necə ildə infiliyaslya 4 faizin üzərində qalır. Həm dünya ərzaq qiymətləri, həm də qlobal qeyri ərzaq qiymətləri indeksi sürətli şəkildə artır. Bu da Azərbaycan əhalisinin sosial vəziyyətini pisləşdirir. Qeyri neft sektorundan gələn gəlirlərin büdcə xərclərini bağlamaması bir daha Neft Fondundan asılı olduğumuzu göstərir. Əgər Neft Fondundan transferlər olmasa hətta əhalinin pensiya və sosial təminatında ciddi problemlər yaranacaq. Yenidən karantin  qaydaları tətbiq edilməsə ölkədə iqtisadiyaytın inkişafı müsbət tərəfə dəyişəcək”, -  deyə ekspert bildirib.   

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov da 2022-ci ilin dövlət büdcəsi layihəsi kifayət qədər nikbin ssenarilərə, dayanıqlı inkişafa, təmkinli fiskal siyasətə əsaslandığını düşünür.

 "Hər il büdcədə vergi-gömrük daxilolmalarının həcmi artır. Eyni zamanda, iqtisadi  artımın  əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2022-ci ildə qeyri-neft gəlirləri 47,6 faiz (2021-ci ildə 45,8 fazi), 2023-cü ildə 49 faiz, 2024-cü ildə 51 faiz, 2025-ci ildə 52,8 faiz proqnozlşadırılır”,  - deyə əlavə edib.

Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol