• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər
14.09.2021 10:11
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən "Nar” abunəçiləri üçün "Qarabağ Dirçəliş Fondu”na balanslarından birbaşa ianə etmək imkanı yaradılıb. Abunəçilər 1, 3, 5, 10, 20 və 50 AZN məbləğlərindən birini seçməklə ianə etmək istədikləri məbləğin müvafiq rəqəmini "8112” qısa nömrəsinə SMS  göndərə bilərlər.  SMS göndərildikdən dərhal sonra istifadəçiyə cavab olaraq ödənişin statusu ilə bağlı məlumat göndəriləcək.

Qeyd edək ki, balansdan yalnız ianə olunan məbləğ çıxılacaq və göndərilən hər SMS ödənişsizdir. Hər bir abunəçi bir neçə dəfə fərqli məbləğdə ianə edə bilər. Daha ətraflı məlumatı https://www.nar.az/qarabag-dirchelish-fonduna-destek/  rəsmi səhifəsindən əldə edə bilərsiniz.

"Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, "Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Qeyd edək ki, "Qarabağ Dirçəliş Fonduna” digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: https://qdf.gov.az/iane-et/.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
İqtisadiyyat 09:56
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol