• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb

Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
11.11.2021 18:58
Cari ilin yanvar-oktyabr aylarının ilkin nəticələrinə əsasən, Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb.

"Qafqazinfo” "Azərtac"a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən "Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”nın açılış mərasimində ifadə edib.

İqtisadi əlaqələrimizin möhkəmləndirilməsi və genişləndirilməsinin pandemiya dövründə xüsusi önəmə sahib olduğunu vurğulayan nazir deyib: "Şübhəsiz ki, heç bir ölkə təkbaşına, beynəlxalq əməkdaşlıq, investisiyalar, bilik və texnologiya mübadiləsi, ticarət olmadan inkişaf edə bilməz. Beynəlxalq ticarət əlaqələrinin inkişafı isə mütləq dayanıqlılıq, inklüzivlik və ətraf mühitin mühafizəsi prinsiplərinə söykənməlidir. Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya məhdudiyyətlərinin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına və sürətlənməsinə əlverişli zəmin yaradıb. Cari ilin 9 ayında ÜDM-in real artımı 4,8 faiz olub, qeyri-neft sektorunda isə ÜDM-in real artım tempi 6,2 faizə çatıb. Ticarət dövriyyəmiz də artır. Belə ki, 10 ayın ilkin nəticələrinə əsasən, xarici ticarət dövriyyəmiz 24,7 faiz, ixracımız 37,7 faiz, o cümlədən qeyri-neft ixracımız 42 faiz artıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol