• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

“Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib
21.12.2021 15:18
Dekabrın 17-də Bakıda Korporativ İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib. Azərbaycanda ilk dəfə PAŞA Holding tərəfindən təşkil olunmuş sammit Bakcell, PAŞA Bank, PAŞA Həyat, Kapital Bank, PAŞA Sığorta, BP və Caspian Innovation Center şirkətlərinin dəstəyi ilə reallaşıb. 
 
Sammitdə Google şirkətinin innovasiyalar üzrə baş eksperti Dr. Frederik G. Pferdt, London Biznes Məktəbinin professoru, təhsilin idarəedilməsi üzrə məsləhətçi Culian Birkinşau (Julian Birkinshaw) və strategiya, inkişaf və transformasiya üzrə ekspert Kaihan Krippendorff kimi məşhur məruzəçilər iştirak edib. Qonaq məruzəçilər innovasiyaların rəqabət üstünlüklərini necə təmin etməsi, daxili korporativ innovasiyaların və gələcəyə hazır düşüncə tərzinin formalaşması ilə bağlı dəyərli fikirlərini bölüşüblər.
 
Sammit çərçivəsində panel müzakirələri təşkil olunub.  Burada dövlət qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, o cümlədən "Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber korporativ innovasiyaların əhəmiyyəti, bu sahədə qurulan tərəfdaşlıqlar və çətinliklər və innovasiyaların biznesdə tətbiqi təcrübəsini müzakirə edib. Tədbirə yerli və beynəlxalq təşkilatlardan 400-dən çox biznes və sənaye lideri qatılıb.
 





 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol