• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə qədər bank kartı var? - RƏSMİ

Azərbaycanda nə qədər bank kartı var? - RƏSMİ
21.12.2021 16:44
Bank sistemi üzrə noyabrın sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədəd təşkil edib, bu barədə  Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 27.3% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 130 min, kredit kartları 293 min, digər kartlar isə 1.2 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78.7% artmışdır. 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9668 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6132 mln.manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3501 mln. manatı POS-terminallar, 34 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Noyabr  ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.8 %-ni təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.2%, POSterminalların sayı 6.7% artıb. (trend.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol