• $
  • €
  • ₽
  • ₺
  • £

AniPay-in qalib istifadəçilərinin 27%-i ABB-nin müştəriləridir

AniPay-in qalib istifadəçilərinin 27%-i ABB-nin müştəriləridir
07.01.2022 13:32
Ani Ödəniş Sisteminə marağın artırılması məqsədilə Mərkəzi Bankın noyabrda keçirdiyi lotereyanın qalibləri müəyyənləşib. "AniPay ilə ödə və qazan” lotereyasında ən çox ABB-nin müştəriləri qalib olub. Belə ki, ölkə üzrə 400 qalib müştərinin 108-i məhz ABB-nin  müştərisidir. Onların hər birinin bank hesabına 100  manat məbləğində vəsait köçürülüb. Xatırladaq ki, şərtlərə görə, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ əldə edirdi. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aid idi. 
 
Lotereya Ani Ödəniş Sisteminin "AniPay" tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq  xidmətlərinin "AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunurdu. 
 
 "Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol