• $
  • €
  • ₽
  • ₺
  • £

Bankda onlayn notariat hərəkətləri həyata keçirmək OLACAQ

Bankda onlayn notariat hərəkətləri həyata keçirmək OLACAQ
09.02.2022 11:28
İnnovativ xidmətlərin və həllərin tətbiqini davam etdirən Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank” tərəfindən müştərilərə bank xidmətlərindən yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında təsdiq edə bilmək imkanı yaradılıb. Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıqda ölkəmizdə ilk dəfə tətbiq olunan bu texnoloji həll bir sıra əməliyyatlar üzrə müştərilərin Banka və ya notariusa bilavasitə müraciət etmək zərurətini aradan qaldırmağa xidmət edir. Belə ki, "PAŞA Bank”ın Onlayn Bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında təsdiqlədə biləcəkdir.
 
Fevralın 9-da "PAŞA Bank” tərəfindən Ədliyyə Nazirliyi ilə birgə çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı ilə yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib. Tədbirdə çıxış edən "PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, bu texnoloji həll ilkin mərhələdə müştərilərlə imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacaq. Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək. "Müştərilərə göstərilən xidmətlərin daim təkmilləşdirilməsi və bank əməliyyatına sərf olunan vaxta maksimum qənaət edilməsi "PAŞA Bank”ın əsas prioritetləri sırasındadır. Bu cür texnoloji həllərin tətbiqi isə təkcə müştərinin deyil, həm də dövlət və özəl sektor arasında təşkil edilən birgə xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verəcək”, - deyə, V. Xəlilov bildirib. Tədbirə qatılan Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə Azərbaycan Respublikası
Prezidentinin tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətində müasir texnologiyaların, o cümlədən əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətlərinin tətbiqindən danışıb.
 
Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur. Artıq 200 mindən çox istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarının daha asan, rahat və məsafədən həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu doğurur. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin tənzimlənməsində əhəmiyyətli rolu olan, cəmiyyətdə xüsusi nüfuza və çoxsaylı müştəri auditoriyasına malik PAŞA Bankın onlayn bank platforması ilə "Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək və dövlət – özəl tərəfdaşlığın nümunəsi olaraq ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına xüsusi töhfə verəcəkdir”, - deyə, A.Səməd-zadə bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol