• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-dən maraqlı kitab!

ABB-dən maraqlı kitab!
15.02.2022 16:38
ABB korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daha bir kitabın nəşrinə dəstək verib. Bu, biznes təlimçisi Elşən Bədirxanovun "Maraqlı MBA - Rəhbərin masaüstü kitabı”dır. Fevralın 14-də "Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabın təqdimatı olub. ABB təqdimatdan dərhal sonra kitabın nüsxələrini ayrı-ayrı qurumlara, ölkəmizdəki bütün universitetlərə və mərkəzi kitabxanalara hədiyyə edəcək.

Uzun illər ölkəmizin müxtəlif biznes qurumlarında rəhbər vəzifələrdə çalışmış müəllif bu kitabı menecment təcrübəsi əsasında qələmə alıb. Kitab idarəetmə sahəsində əsas bilikləri özündə birləşdirir. Praktik nümunələrə əsaslanır. Burada dünyanın tanınmış biznes qurumlarının təcrübəsindən, nüfuzlu alimlərin fikirlərindən geniş istifadə edilir.
 
ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, kitabın mövzusu bu gün ABB-də baş verən inkişaf ruhuna uyğundur: "Müasir həyatımızda biznes inzibatçılığına dair biliklər çox önəmlidir. Bu cür kitablar inkişaf proseslərinin özünü doğrultmuş təcrübəyə uyğun aparılmasına, dəyişikliklərin düzgün idarə olunmasına şərait yaradır. Ana dilimizdə belə bilik resurslarının yaranması çox faydalıdır”.
 
Müəllif  Elşən Bədirxanov isə qeyd edib ki, "Maraqlı MBA – rəhbərin masaüstü kitabı” rəhbərə lazım olan əsas bilikləri əhatə edir: "Bu, dərs vəsaiti deyil. İdarəçilik aləminə maraqlı bir səyahətdir. Əminəm ki, burada yazılanlar menecerlərə və karyera inkişafını planlaşdıran hər kəsə faydalı olacaq. Belə bir kitabın nəşrinə göstərdiyi köməyə görə ABB-yə minnətdarlığımı bildirirəm”.     

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol