• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Bakıda Beynəlxalq Ekoloji Konfrans keçirəcək

SOCAR Bakıda Beynəlxalq Ekoloji Konfrans keçirəcək
21.02.2022 21:30
Martın 16-da Bakıda "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü”nün (CEPI) təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə "Dekarbonizasiya və yeni enerjiyə keçid” mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.

SOCAR-ın verdiyi məlumata görə, konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması və qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq.

Tədbirdə Azərbaycanın dövlət qurumları ilə yanaşı, Birləşmiş Krallığın Lordlar Palatası üzvlərinin, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya Bankı təmsilçilərinin, BP, "KazMunayGaz”, "Total E&P Absheron B.V.”, "Equinor”, "Rosneft”, "Lukoyl” kimi neft-qaz şirkətlərinin rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
"Dekarbonizasiya və yeni enerjiyə keçid” və "Neft-qaz əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə” sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq xarakterli təqdimatlar keçiriləcəkdir. Tədbirdə həmçinin adaptasiya və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində "Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün yaradılmasına dair SOCAR, "KazMunayGaz”, BP, "Total E&P Absheron B.V.” və "Equinor Absheron AS” şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol