• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya yeni iqtisadi tədbirlər planını açıqlayıb

Rusiya yeni iqtisadi tədbirlər planını açıqlayıb
02.03.2022 19:46
Rusiya prezidenti Vladimir Putin ölkədə maliyyə sabitliyini təmin etmək üçün əlavə müvəqqəti iqtisadi tədbirlər haqqında fərman imzalayıb. İqtisadiyyatı dəstəkləmək üçün yeni tədbirlər planının mahiyyəti açıqlanıb,bu barədə Ria novosti məlumat verib.
 
Rusiyanın bütün İT şirkətləri 3 il müddətinə gəlir vergisindən azad ediləcək və onların orduda vuruşan işçiləri güzəştli ipotekadan yararlana biləcək.
 
Mobil proqramların tərtibatçılarına vergi güzəştləri tətbiq olunacaq.
 
Məşğulluğu saxlamaq üçün kiçik və orta biznesə güzəştli kreditlərin verilməsinin davam etdirilməsi nəzərdə tutulub.
 
İlin sonuna kimi kiçik və orta sahibkarlıq subyetkərində plannlı yoxlamara moratorium tətbiq ediləcək
 
Səlahiyyətli orqanların federal və regional səviyyədə vergilərin ödənməsinə görə vaxt uzadılacaq.
 
Kapital amnistiyasının yeni mərhələsi başlanacaq.
 
Fermerlərə güzəştli kreditlərin verilməsi üçün daha 5 milyard rubl ayrılacaq. 
 
ABŞ və Avropa Birliyi ölkələri  Moskvanın  Ukraynaya təcavüzünə cavab olaraq bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sisteminə çıxışını əngəlləyən addımlar atıb. Qərb həmçinin Rusiya Federasiyası Mərkəzi Bankının valyuta ehtiyatlarını da sanksiya altına alıbdır. 
 
Rusiya Mərkəzi Bankının məlumatına görə, fevralın 28-də bank sisteminin struktur kəsiri cümə günündəki 11 milyard rubladan 2,9 trilyon rubla, bankların Mərkəzi Banka borcu isə 3,20 trilyon rubldan 5,85 trilyon rubla kimi artıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol