Azərbaycan iqtisadiyyatına ən çox hansı ölkələrdən pul qoyulur?
16.03.2022 15:40
Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 560.2 milyon manat vəsait yönəldilib, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 554.7 milyon manatı (99 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.