• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan mayda Rusiya ərazisindən neft nəql etməyəcək

Azərbaycan mayda Rusiya ərazisindən neft nəql etməyəcək
27.04.2022 18:33
Azərbaycan bu ilin mayında Bakı-Novorossiysk neft kəməri ilə neft nəql etməyəcək. Nəqli şimal kəməri ilə nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına çıxarılacaq. Bu barədə Anews.az-a Neft şirkətindən adının anonim saxlanmasını istəyən mənbə bildirib. 

Mayda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) şimal boru kəməri ilə dünya bazarına 170 min tonn (2 tanker) neft ixrac etməyi planlaşdırırdı.  

Ukrayna ilə müharibə səbəbindən Rusiya Federasiyasının Qara dəniz limanlarına daxil olmaq istəyən tankerlərin sayı getdikcə azalır. Bundan başqa boru kəməri ilə Novorossiyskə gedən Urals neftini (buraya Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan nefti daxildir) neft treyderləri almaq istəmir , ya da dünyanın müxtəlif neft emalı zavodlarının ehtiyacları üçün çox böyük endirimlə alınır. Bu səbədən şimal marşrutun kommersiya baxımından cəlbediciliyini itirir.

"BTC-nin Aralıq dənizi bazarına birbaşa çıxışı var. Odur ki, SOCAR mayda 170 min ton nefti bu strateji neft kəmərinə ötürmək qərarına gəlib. Hələlik qərar may  üçün nəzərdə tutulub. Mayın sonunda necə davam edəcəyimizə qərar verəcəyik”, - mənbə bildirib.

2020-ci ilin yanvar-iyulunda da ARDNŞ neftini nəql etmək üçün Bakı-Novorossiysk neft kəmərindən nəqli nəzərdə tutulan neft BTC ilə ixrac etmişdi. i

Azərbaycan Rusiya ərazisi ilə neftin tranzitinə 1997-ci ilin sonlarından başlayıb. 

2020-ci ildə Bakı-Novorossiysk kəməri ilə  585 min ton, 2021-ci ildə isə 1,08 milyon ton neft ixrac olunub. 

2022-ci ilə ARDNŞ bu kəmər ilə 1,2 milyon ton neft ixrac etmək barədə Rusiyanın Transneft şirkəti ilə müqavilə imzalayıb. 

Yanvar-aprel aylarında ARDNŞ Rusiya ərazisindən neft nəqli ümumilikdə 400 min ton neft ixrac edib. 

N.Təbrizli 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol