• $
  • €
  • ₽
  • ₺
  • £

“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir

“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir
01.05.2022 20:41


"Baku Crystal Hall” və Dənizkənarı bulvar 4 gün boyunca "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalını canlı izləmək istəyən ziyarətçilərə zəngin proqram və maraqlı müsabiqələr vəd edir.


26-29 mayda Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan "TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır. İştirak üçün https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək bilet əldə etmək tələb olunur.


Festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir. 4 gün boyunca davam edəcək festivalda bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.

 

Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVID-19 sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri canlı izləmək üçün mütləq qaydada COVID-19 vaksin və ya immunitet sertifikatı təqdim edilməlidir.


Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir. 7 yaşdan yuxarı olan uşaqların girişi üçün bilet tələb olunacaq.


Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.


Tədbir zamanı 28 May metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.


Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, "Park Inn” oteli, "İnterContinental” oteli, "Courtyard by Marriot Baku” oteli, Atletlər kəndi, 28 May metrostansiyası və Dövlət Bayrağı Meydanı ünvanlarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Taksi Xidmətinin dayanacaqları fəaliyyət göstərəcək.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol