• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank regionlarda “Karyera Marafonu”na start verdi- Foto

Kapital Bank regionlarda “Karyera Marafonu”na start verdi- Foto
28.06.2022 11:00
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank regionlarda yeni layihəyə start verdi. "Karyera Marafonu” adı altında keçirilən tədbir 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərində - Gəncə Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunda olan Tələbə parkında baş tutub. 

Tədbir Gəncə şəhəri İcra hakimiyyəti, Gəncə-Daşkəsən regional Məşğulluq İdarəsi, Gəncə  Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib. Marafonun əsas məqsədi gənclərlə görüşmək, onların şəxsi inkişaflarına töhfə vermək və istedadlıları peşəkar karyera dünyasına cəlb etməkdir. Marafon çərçivəsində karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib. 

"Bildiyiniz kimi Kapital Bank mütəmadi olaraq ali məktəblərdə müxtəlif karyera günləri keçirir. Bu dəfə qərara gəldik ki, regionlarda da analoji tədbirlər təşkil edək və ölkənin iri şəhərlərində olan gənclərə karyera qurmaqda köməklik göstərək. Marafonumuza ilk olaraq Gəncədən başladıq. Lakin marafon Azərbaycanın digər regionlarında da davam etdirəcəyik. Əgər Siz də bizim marafona qoşulmaq istəyirsinizsə, Kapital Bank-ın sosial şəbəkələrdəki səhifələrini izləyin və tədbirin keçiriləcəyi şəhər və məkan barədə ilk olaraq xəbər tutun”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az  portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
 








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol