• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti
19.07.2022 10:57
Yelo Bank, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və "ABAD” publik hüquqi şəxs birgə əməkdaşlığa başlayıblar. Əməkdaşlığın əsas məqsədi ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsi, "ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinə dəstək verməkdir.
 
Əməkdaşlıq çərçivəsində "Yelo Bank” müvəkkil bank kimi SİF hesabına "ABAD”çıların layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsini həyata keçirir, "ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun tanıdılması, bazara çıxarılması və satışının təşkilində sahibkarlara dəstək göstərir.
 
Birgə əməkdaşlığın nəticəsi olaraq 2022-ci ilin iyun-iyul ayları ərzində "ABAD”çılara məxsus 3 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 110 min manat güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr əsasən bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.
 
Yelo Bank sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsi istiqamətində SİF ilə aktiv əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Bank 10 milyon manatadək biznes kreditini illik 5%-dən başlayaraq 60 ayadək müddətə verir. Qeyd edək ki, Yelo Bank 2022-ci ilin ilk 6 ayı ərzində SİF vəsaitləri hesabına verilən kreditlərin sayına görə müvəkkil banklar arasında ilk 3-lükdə qərarlaşıb.

Daha ətraflı məlumat və onlayn sifariş üçün: https://bit.ly/ylpqwrtv 
 
Bank xidmətləri haqqında (girovsuz biznes krediti və s.) əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol