• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir
22.09.2022 15:13
15 sentyabr tarixindən etibarən lider mobil operator "Azercell Telekom” "Bookmate” və "Busuu” tətbiqlərinə qoşulan Azercell abunəçiləri üçün "Məktəbə qayıdış” kampaniyasını elan edir. Həmin tarixdə "Bookmate” elektron kitabxanası və "Busuu” məşhur dil öyrənmə tətbiqinə yeni qoşulan Azercell abunəçiləri bu proqramlardan 1 ay ərzində pulsuz - abunə haqqı olmadan istifadə imkanı əldə edir. Kampaniya 15 oktyabr tarixinə qədər davam edəcək. 

Xatırladaq ki, "Bookmate” elektron kitabxanası Azərbaycan, rus, ingilis dili ilə yanaşı, daha 13 dildə milyonlarla kitabı elektron formatda əldə etmək imkanını yaradır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan "Busuu” proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir. Qeyd edək ki, hər iki tətbiqə müxtəlif platformalar: Azercell-in rəsmi saytı, "Kabinetim” tətbiqi, "ABB Mobile” və "Umico” mobil əlavələri üzərindən qoşulmaq olar. 

Azercell şirkəti özünün "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strategiyasına əsaslanaraq fərqli rəqəmsal həllərin abunəçiləri üçün daha əlçatan olmasına çalışaraq, bu istiqamətdə yeni təkliflərini davam etdirəcək.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol