• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə sahibkarlar üçün tədbir keçirilib

ABB-nin dəstəyi ilə sahibkarlar üçün tədbir keçirilib
26.10.2022 17:20
ABB-nin Sahibkarlar Klubunun dəstəyi, Azərbaycan Korporativ İş Adamları Birliyinin AKİAB Akademiyasının təşkilatçılığı ilə sahibkarlar üçün tədbir keçirilib. Pullman otelində təşkil edilən tədbir "Ənənəvi və müasir idarəetmə sistemləri" mövzusuna həsr olunub. 

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif biznes qurumlarının təmsilçiləri burada öz təcrübələrini bölüşüblər. İdarəetmə, satış, rəqəmsallaşma, marketinq, françayzinq və s. mövzularda maraqlı təqdimatlar olub. Biznesdə yeni idarəetmə həllərinə diqqət yönəlib. İştirakçılara ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti barədə də geniş məlumat verilib. Tədbirdə EY Azərbaycan şirkətinin təmsilçiləri də iştirak edərək sahibkarlara "EY İlin İş Adamı” müsabiqəsində fəal iştirakı təklif ediblər. 

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, sahibkarlar arasında korporativ əlaqələrin qurulması, təcrübə mübadiləsi məqsədilə bu cür faydalı layihələr davam etdiriləcək: "ABB olaraq biz ölkəmizdə biznes ekosisteminin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyirik. Bizneslərə maliyyələşmə istiqamətindən əlavə digər sahələrdə də kömək göstərməyə çalışırıq. Bankımızın Sahibkarlar Klubunun əsas məqsədlərindən biri budur”.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol