• $
  • €
  • ₽
  • ₺
  • £

Sənaye zonalarının rezidentləri 2022-ci ildə ixracı 10% artırıb

Sənaye zonalarının rezidentləri 2022-ci ildə ixracı 10% artırıb
11.01.2023 20:28
2022-ci ildə Azərbaycanda sənaye parkları və sənaye məhəllələrində rezident statusuna malik olan sahibkarlar tərəfindən 2,9 milyard manatlıq məhsul satılıb ki, bunun da 1 milyard manatı ixrac edilib. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"2022-ci ildə Azərbaycanda sənaye parkları və sənaye məhəllələrinin üzvü olan şirkətlər 2,9 milyard manatlıq məhsul satb. Bunun da  1 milyard manatı (588,2 milyon dollar) ixraca yönəldilib", - Cabbarov Facebook səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2021-ci illə müqayisədə məhsul satışı 20,6 faiz, ixrac isə 10,1 faiz artıb.

O, hazırda sənaye zonalarında 116 sahibkarlıq subyektinin rezident statusuna malik olduğunu, onlardan 65-dən çoxunun əməli fəaliyyətə başladığını vurğulayıb.

"Hazırda sənaye zonalarında 10,4 min iş yeri açılıb. Mövcud layihələrə əsasən, 460 milyon manat məbləğində əlavə investisiyalar gözlənilir ki, bu da daha 4,2 min yeni iş yerinin açılmasına imkan verəcək”, - Cabbarov bildirib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol