• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda keçiriləcək Qaz Sammiti təxirə salınıb

İstanbulda keçiriləcək Qaz Sammiti təxirə salınıb
10.02.2023 14:17
Fevralın 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilən Qaz Samitinin vaxtı dəyişdirilərək martın 22-nə keçirilib. Bu barədə Türkiyə mətbuatı Energetika Nazirliyindəki mənbəyə istinadan məlumat yayıb.  

Bir müddət əvvəl Qərb mediası Türkiyədə baş verən zəlzələlərə görə qaz qovşağının yaradılması və istismarının müzakirəsi planlaşdırılan bu tədbirin planlarına düzəlişlər edildiyini yazıb. Sammit martın 22-nə təxirə salınıb.

Nazirlik qeyd edib ki, hazırda Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasına bütün idarələr cəlb olunub. İdarələrin rəhbərliyi də fəlakət bölgəsində yerləşir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz yanvarın 30-da bildirib ki, İstanbul Qaz Sammiti fevralın 14-15-nə planlaşdırılıb və orada qaz hasil edən ölkələrin nümayəndələrinin və Avropadan istehlakçıların dəvət olunması planlaşdırılır.

Ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsi forumunda Türkiyə ərazisində Şimal axını ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşaq yaratmaq ideyası ilə çıxış edib. O izah edib ki, söhbət başqa boru kəməri sisteminin qurulması və Türkiyədə qazın üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə çatdırılması üçün qovşaq yaradılmasının mümkünlüyündən gedir. Ankara bu təşəbbüsə müsbət reaksiya verib və İstanbulda qovşaq və qaz ticarət mərkəzi yaratmaq üçün infrastrukturun əhəmiyyətli bir hissəsinə malik olduğunu bildirib.
 
Gülnar Nazimqızı 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol