• $
  • €
  • ₽
  • ₺
  • £

Penitensiar xidmətin yeni rəisi kollektivə təqdim olundu - FOTO

Penitensiar xidmətin yeni rəisi kollektivə təqdim olundu - FOTO
11.07.2023 19:56
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov iyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən kollektivə təqdim olunub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı Penitensiar xidmətin Baş idarəsinin rəhbər şəxslərinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ədliyyə naziri çıxış edərək bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan mütərəqqi islahatlardan, məhkumların hüquqlarının qorunması üzrə görülən ardıcıl tədbirlərdən, əfv və amnistiya aktlarının geniş tətbiq olunaraq həyata keçirilən humanizm siyasətindən bəhs edib.

Dövlət başçısının cari ilin mayında Ümummilli Liderin yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamının müstəqillik dövrümüzün ən böyük əfv aktı olduğu bildirilib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya aktları ilə minlərlə ailələrə sevinc bəxş olunduğu vurğulanıb.

Eyni zamanda, dövlət başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair Sərəncamının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında Fərmanının icrası, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi, həmçinin məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışılıb.
 
Fikrət Məmmədov ədliyyə sahəsində ictimai iştirakçılığın geniş tətbiqini qeyd edərək uzun illərdir Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın penitensiar müəssisələrə ictimai nəzarətin həyata keçirilməsində fəal iştirakını vurğulayıb.

Bu sahədə şəffaflığın artırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı dövlət başçısının tələblərinin daim rəhbər tutulması, əməkdaşların məsuliyyət hissinin və tələbkarlığın yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl edilməsi, sui-istifadə və korrupsiyaya şərait yaradan digər halların qarşısının qətiyyətlə alınmasının vacibliyi bildirilib.

Nazir Xidmətin yeni rəisi Mirsaleh Seyidovun uzun müddət bu sahədə peşəkar fəaliyyətini qeyd edərək qarşıda duran vəzifələri diqqətə çatdırıb, konkret tapşırıqlar verib.

Çıxış edən nazir müavini - Xidmətin rəisi Mirsaleh Seyidov ölkə Prezidentinin göstərdiyi yüksək etimadı doğrultması, penitensiar sistemin fəaliyyətinin dövlət başçısının tələblərinə uyğun təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol