• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəniz taksiləri fəaliyyət göstərəcək - YENİLİK

Bakıda dəniz taksiləri fəaliyyət göstərəcək - YENİLİK
11.03.2014 14:54
Yaxın gələcədə Bakı şəhərində dəniz taksiləri fəaliyyətə başlayayacaq.«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək: «Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək». O bildirib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılan Nargin adası ilə birləşdirəcək: «Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək». Administrasiya rəhbəri qeyd edib ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək». Bakı-Lənkəran reysi üzrə dəniz taksilərinin buraxılmasına gəldikdə isə, Q.Qurbanov bildirib ki, belə bir marşrutun açılması maddi baxımdan sərfəli deyil: «Dəniz yolu ilə Lənkərana 5-6 saata çatmaq mümkündür. Bu, həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil».ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol