• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR ilin ikinci rübünün nəticələrini açıqladı

SOCAR ilin ikinci rübünün nəticələrini açıqladı
27.07.2023 21:29
Bu ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 19 min metrə1 yaxın qazma işləri həyata keçirilib.
Hesabat dövründə şirkət tərəfindən 1.9 milyon tondan2 çox neft, 2,2 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illin analoji dövrü ilə müqayisədə 14,3% artım qeydə alınıb.

Şirkətdən bildirilib ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 7,5 milyon ton4 neft və 11,9 milyard kubmetr5 qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,6 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə təqribən 68 milyon kubmetr7 təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə 7 milyon tondan8 çox neft, 5,6 milyard kubmetrdən9 çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona10 yaxın neft, 857 milyon kubmetrə11 yaxın təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 610 min ton12 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,2% çoxdur. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 2,5 milyard kub metr13 təşkil edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol