• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi
24.11.2023 16:20
Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən "Nar” zəngin korporativ sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü. Təqdimat "Nar”ın KSM strategiyasının müəllifi, Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tərəfindən keçirildi.

Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət fərq yaradan sosial layihələrin icrası və onların davamlılığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Uğurlu model olaraq, "Nar”ın KSM strategiyasının əsas istiqamətləri – fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsilə və maarif və milli ənənələrin yaşadılması yönündə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Xatırladaq ki, bir neçə ay öncə "Nar”ın "Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” sosial layihəsi dünya üzrə ilin ən yaxşı KSM layihəsi kimi mükafata layiq görülmüşdü. Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən "Qızıl Dünya Mükafatı”na layiq görülən "Nar” bənzər mükafata 2019-cu ildə fiziki məhdudiyyətli şəxslər üçün keçirdiyi "Təlim məktəbi” sosial layihəsi ilə layiq görülmüşdü.

Cəmiyyətə faydalı və eləcə də, qlobal miqyasda tanınan sosial layihələri həyata keçirən "Nar”ın məqsədi həm də uğurlu KSM təcrübəsini gələcəyin biznes idarəedicilərinə tanıtmaq, onları sosial məsuliyyətli biznes strategiyası qurmağa təşviq etməkdir. Korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirilən layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol