• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan nəhəng alternativ enerji layihəsi

Azərbaycandan nəhəng alternativ enerji layihəsi
28.02.2014 16:35

Azərbaycanda 2020-ci ilin sonuna qədər ümumilikdə 2 065 MVt gücündə Günəş Elektrik stansiyaları (GES) tikilərək istifadəyə veriləcək.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, layihə hər birinin müddəti 2 il təşkil edəcək 3 mərhələdən ibarət olacaq.

 Belə ki, layihənin 2014-2016-ci illəri əhatə edəcək ilk mərhələsində 790 MVt gücündə GES-lər tikiləcək. 2017-2018-ci illərdə 685 MVt gücündə GES-lərin tikintisi planlaşdırılır. Sonuncu, 2019-2020-ci illəri əhatə edən üçüncü mərhələdə isə 730 MVt gücündə GES-lər inşa ediləcək. Bu müddət ərzində Azərbaycanda günəş istilik elektrik stansiyalarının (GİES) da gücünün artırılması nəzərdə tutulur. Belə ki, 2014-2016-ci illəri əhatə edəcək birinci mərhələdə 1 000 MVt gücündə GİES-lər tikiləcək. İkinci mərhələdə (2017-2018-ci illər) 1 500 MVt, sonuncu mərhələdə (2019-2020-ci illər) isə 2 000 MVt gücündə GİES-lər tikiləcək. Nəticədə, yaxın 7 ildə ölkədə 4 500 MVt gücündə günəş istilik elektrik stansiyalarının tikintisi planlaşdırılır. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol