• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müasir heyvandarlıq kompleksi tikilir

Azərbaycanda müasir heyvandarlıq kompleksi tikilir
19.02.2014 17:48
Türkiyə Azərbaycana kənd təsərrüfatı sahəsində iri südlük istiqamətli heyvandarlıq kompleksinin tikilməsinə yardım edəcək. «APA-Economics»in məlumatına görə, Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə ən müasir heyvandarlıq kompleksinin yaradılması işində Azərbaycana konsaltinq xidmətləri göstərəcək. Layihə çərçivəsində özəl heyvandarlıq kompleksinin ən son texnologiya ilə təchiz olunması, müasir texnologiyanın tətbiqi, avadanlıq, biznes-planlanmanın aparılması planlaşdırılıb. TİKA həmçinin kompleksin özünün yem ehtiyacını ödəməsi üçün yem istehsalı infrastrukturunun yaradılması məsələlərində konsaltinq və elmi metodoloji yardımını təqdim edəcək. Artıq bu məqsədlə TİKA və Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin mütəxəssisləri Yalama qəsəbəsinə gələrək, ərazi ilə tanış olublar. Azərbaycanın ən müasir südlük istiqamətli heyvandarlıq kompleksinin 2015-ci ilin iyul ayında fəaliyyətə başlaması nəzərdə tutulub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol