• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan IOTA-nın prezidenti olacaq

Azərbaycan IOTA-nın prezidenti olacaq
20.06.2024 19:28
Azərbaycan 2024-2025-ci illərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti olacaq.Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən  (DVX)bildirilib.

Məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib.DVX-nın rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Baş Assambleyanın inzibati sessiyasında IOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyi çıxış edib. 2023-2024-cü illər üzrə prezidentliyi barədə məlumat verən F. Vaquyhelyi bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib.

Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Azərbaycanın Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli seçilib. Sessiya çərçivəsində 2024-2025-ci illər üzrə IOTA İcraiyyə Şurasının üzvləri də seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX İcraiyyə Şurasına sədrlik edəcək.

Sessiyada çıxış edən Orxan Nəzərli beynəlxalq vergi sistemində müasir trendlər və çağırışlar, vergi inzibatçılığının ortamüddətli dövr üçün prioritet inkişaf istiqamətləri barədə danışıb. Qeyd olunub ki, vergi inzibatçılığı yüksək səriştə, məlumatlılıq və strateji yanaşmalar tələb edən dinamik sahədir. Xidmət rəisi bildirib ki, son illər vergi sistemlərində qloballaşma və rəqəmsallaşma nəticəsində müəyyən transformasiya müşahidə olunur. Beynəlxalq miqyasda bu transformasiya mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edir.

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin IOTA-ya prezidentliyini ilk dəfə icra edəcəyini diqqətə çatdıraraq, iştirakçıları planlar barədə məlumatlandırıb. Bildirib ki, qarşıdakı dövr ərzində IOTA çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması üçün bütün səylərin səfərbər edilməsi nəzərdə tutulur.

Orxan Nəzərli vergi administrasiyaları tərəfindən effektiv mexanizmlərin tətbiqi məqsədilə müasir tendensiyaların yaxından izlənilməsinin vacibliyini qeyd edib. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetiriləcəyini bildirən DVX rəisi Assambleyanın potensialının gücləndirilməsinin və imkanlarının artırılmasının başlıca prioritetlərdən olacağını vurğulayıb. Xidmət rəisi IOTA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçiriləcəyini qeyd edərək bütün iştirakçıları ölkəmizdə təşkil olunacaq tədbirlər və planlaşdırılan təşəbbüslərdə fəal iştiraka dəvət edib.

Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının sədri F. Vaguyheyli tərəfindən Orxan Nəzərliyə təqdim olunub.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol