• $
  • €
  • ₽
  • ₺
  • £

BP Azərbaycanda yeni təyinatlar

BP Azərbaycanda yeni təyinatlar
01.07.2024 14:47
bp-nin  Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinat olub. Bu  barədə BP-Azərbaycan məlumat yayıb.
 
Leyla Məmmədova bp-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib.

O, bu vəzifədə bp-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib.
 
Məmmədovanın  sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var. O, 2001-ci ildən bp-də işləyir və karyerası ərzində şirkət daxilində müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti. Leyla, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.
 
Rassel Morris AGT regionunda quyular üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Cim O'Lirini əvəz edib.

Morrisin bp-də quyular sahəsində 25 illik iş təcrübəsi var. O, qlobal miqyasda, o cümlədən, Böyük Britaniya, Əlcəzair, Liviya, Avstraliya, Misir, AGT və Asiya-Sakit Okean regionlarında çoxsaylı  yüksək rəhbər vəzifələrdə işləyib. Bu təyinatdan əvvəl Morris  bp Qrupunun quyular sahəsi üzrə vitse-prezidenti olub. 
 
Mətt Kirkham AGT, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Kahal Kellini əvəz edib.

Mətt bp-də 13 il, ümumilikdə isə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub.Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var. 
 
Dən Sparks AGT regionunda geologiya və işlənmə üzrə vitse-prezident vəzifəsinə təyin edilib. O, bu vəzifədə Roşni Musaini əvəz edib.
Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub. Uzun illər Şimali Amerikada quruda və dünyanın digər yerlərində yetkin neft və qaz yataqlarında təcrübəsi olan Dən hasilatda olan yataqların yeni həyat potensialını üzə çıxarmağı xüsusilə xoşlayır. Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.

bp-nin AGT regionu üzrə biznes rəhbərliyi barədə daha ətraflı məlumat əldə etmək üçün bp Azərbaycan şirkətinin veb-səhifəsinə müraciət edə bilərsiniz.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol