• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank valyuta almağı yox satmağı düşünür

Mərkəzi Bank  valyuta almağı yox satmağı düşünür
31.07.2024 16:44
2024-cü ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta auksionlarında valyuta almır və öz rezervlərini əsasən vəsaitlərin idarə edilməsindən əldə edib. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 
 
"AMB ilin başından alış yönümlü müdaxilə etməyib. Ehtiyatlarımızda dəyişiklik də cüzi olub. Onları da maliyyə alətlərindən istifadə yolu ilə vəsaitlərin düzgün idarə edilməsi hesabına əldə etmişikHazırda vəsaitlərimizin artımı 1,1% təşkil edib",  -  Kazımov bildirib. 
 
Onun sözlərinə görə, hazırda AMB notlar və repo əməliyyatları vasitəsilə sterilizasiya edir və bu əlavə faiz yaradır. 
 
"Gələcəkdə biz faiz yaratmamaq üçün vəsaitlərimizdən sata  bilərik. Biz bundan sonra çox güman ki, alış xarakterli yox  daha çox satış xarakterli əməliyyatlar aparacağıq və hər belə qərar veriləndə bu barədə  onun səbəbləri ilə bağlı açıqlama edəcəyik",  -  Kazımov deyib. 
 
AMB  baş direktoru Əli Əhmədov  Mərkəzi bankın yeni maliyyə alətlərinə investisiya qoymağı planlaşdırmadığını bildirib.
 
"zərbaycan Mərkəzi Bankı səhmlərə, daşınmaz əmlaka və digər yeni maliyyə alətlərinə investisiya etməyi planlaşdırmır. Əksər mərkəzi banklar kimi, biz də mühafizəkar investoruq və sabit gəlirli qiymətli kağızlara sərmayə qoyuruq. Aktivlərimiz ilk növbədə yüksək investisiya səviyyəli pul bazarı alətlərindən ibarətdir",  -  o bildirib.  


N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol