• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi

Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi
18.09.2024 14:58
Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olan Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verilib. Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərən mərkəz müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına və cavablandırılmasına xidmət edəcək.
 
Belə ki, Kapital Bank-ın Quba və Xaçmaz filiallarının dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, ADPU-nun Quba filialı ilə qurulan əməkdaşlıq, eləcə də "Karyera Marafonu 2022” layihəsindən 1400-ə yaxın namizədin CV-ləri araşdırılıb. Dəyərləndirmə nəticəsində 700 nəfər namizədlə onlayn müsahibə keçirilib. Bu mərhələni uğurla keçən 74 nəfər imtahana cəlb olunub. Nəticələri ilə fərqlənən 26 namizəd təcrübə proqramında iştirak etmək şansı qazanıb.

Mərkəzin yaradılmasında məqsəd müştəri müraciətlərinin effektiv araşdırılması ilə yanaşı Quba-Xaçmaz regionunda yaşayan gənclər üçün yeni iş imkanları yaratmaqdır. Daha öncə Gəncə şəhərində icra edilən layihə qısa müddətdə uğurlu nəticələr göstərib. Bu səbəbdən də layihənin davamlı olması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
 
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol