• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus kartlarından necə istifadə edək? - FOTO

Avtobus kartlarından necə istifadə edək? - FOTO
29.05.2020 04:56
Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılıb. Bu prepaid-kartlar “MasterCard” bazasında “Bank of Azerbaijan” tərəfindən buraxılıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda kartlar 10 və 95 nömrəli marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq ediləcək.Kartın qiyməti 3 manatdır. Onun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.Artıq 350 minə yaxın kart hazırdır. Bir milyona yaxın kart isə sifariş edilib. Ümumilikdə proses 2014-cü ilin sonunadək başa çatdırılacaq. Xüsusi verifikatorlar paytaxtda fəaliyyət göstərən 650 avtobusda quraşdırılıb. Əlavə 500 validatorun quraşdırılması planlaşdırılır.İctimai nəqliyyat istifadəçisi ilk dəfə kartın alınması üçün 2 manat (sığorta depoziti) və nəqliyyatda gediş haqlarının ödənilməsi üçün 1 manat ödəməlidir. Sığorta depoziti üçün ödənilmiş məbləğ istifadəçiyə kartı qaytararkən geri ödənilir. Nəqliyyat kartını yalnız “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində geri qaytarmaq mümkündür. İstifadəçi kartı geri qaytararkən öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.İstifadəçi “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrindən, “Yolkart” loqosu ilə təchiz olunan ticarət obyektlərindən (Bakı şəhəri üzrə ticarət köşklərindən, qəzet köşklərindən, iri supermarketlərdən və digər ticarət obyektlərindən) ödəniş kartını ala, balansı artıra və yaxud balansı öyrənə bilər.

Gediş haqqının ödənilməsi sərnişinin avtobusa ön qapıdan daxil olduğu zaman həyata keçirilir. O, avtobusa daxil olaraq kartını validatora yaxınlaşdırır və kartından gediş haqqı silindikdən sonra avtobusun salonuna keçir. Gediş haqqının silinməsi ictimai nəqliyyatda olan müvafiq tarifə əsasən həyata keçirilir.

Həmçinin, kart sınarkən və ya zədələnərkən kartda istifadə edilməmişməbləğ qalarsa, istifadəçi “Bank of Azerbaijan” ASC–nin satışnöqtələrinə müraciət etməklə (şəxsiyyət vəsiqəsini təqdim etməkvacibdir) yeni kart sifariş edə və istifadə edilməmiş balansı yararsızkartdan yeni karta köçürə bilər. Bu vaxt istifadəçi 2 manat həcmindəsığorta depozitini yenidən ödəməlidir.Nəqliyyat kartı adsız bank kartı olduğu üçün itirilmiş kartın balansınınbərpası mümkün deyildir. Kart itirildiyi halda balansın geri alınmasıvə ya digər karta köçürülməsi üçün istifadəçidən adlı kartın alınmasıtələb olunur. Bunun üçün “Bank of Azerbaijan” ASC–nin satış nöqtələrinəşəxsiyyət vəsiqəsini təqdim etməklə kartı qeydiyyatdan keçirmək olar.Bankda qeydiyyatdan keçirilmiş kart itirilərkən onu bloklaşdırmaq olar.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol