• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nömrə nişanlarını oxuyub araşdıra bilən sistem alır

Azərbaycan nömrə nişanlarını oxuyub araşdıra bilən sistem alır
29.05.2020 05:00
Azərbaycan Türkiyədən polis maşınlarına görmə məsafəsində bütün dövlət nömrə nişanlarını avtomatik oxuyub araşdıra bilən «Intelligent Patrol» sistemi alır. APA-nın sistemi hazırlayan Türkiyənin «Ekin Technology» şirkətinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da təqdimatı keçirilmiş sistemin ilk müştərisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləridir. «Intelligent Patrol» sistemi vasitəsilə polis maşınları hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edə biləcək. Bundan başqa, arxa və ön kamera ilə davamlı müşahidə aparan sistem bütün nəqliyyat vasitələrinin sürətini qeydə almaqla sürət həddini aşan avtomobilləri müəyyənləşdirir. Bu kameralar vasitəsilə mərkəzdən də real vaxt rejimində bütün prosesi müşahidə etmək mümkündür. Sistemə üz tanıma, havada çirklənməni ölçmə sensorları da daxildir. Qeyd edək ki, Türkiyənin «Ekin Technology» şirkəti Bakıda «Təhlükəsiz Şəhər» sistemini, həmçinin Bakı Metropolitenində nəzarət sistemini qurub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol