• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
17.12.2025 11:39

Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bayram səbəti” xeyriyyə aksiyasına start verir. 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədi əhalinin sosial həssas qrupundan  olan şəxslərə dəstək olmaq, bayram sevincini onlarla bölüşməkdir. 

Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank/Kapital Bank terminallarından, Birbank və m10 mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.

Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş etdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl bayram sevinci yaşatmağa çağırır.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.  

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol