• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dövlət müəssisələrinin özəlləşdirilməsini kapital bazarları vasitəsilə həyata keçirə bilər – BFB rəhbəri

Azərbaycan dövlət müəssisələrinin özəlləşdirilməsini kapital bazarları vasitəsilə həyata keçirə bilər – BFB rəhbəri
13.02.2026 11:02

 

Azərbaycan gələcəkdə dövlət müəssisələrinin özəlləşdirilməsini kapital bazarları vasitəsilə həyata keçirə bilər. Bu barədə Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov bildirib.

Onun sözlərinə görə, ölkədə özəl sektor yeni yetkinlik mərhələsinə qədəm qoyur və bu proses kapital bazarlarının dərinləşməsi ilə paralel gedir.

Axundov qeyd edib ki, PASHA Bank-ın ilkin kütləvi təklif (IPO) vasitəsilə bazara çıxması təkcə bank üçün deyil, bütövlükdə bazar üçün mühüm siqnaldır.

“Ümid edirik ki, digər özəl şirkətlər də bu yolu seçəcək və növbəti mərhələdə dövlət müəssisələri özəlləşdirmə planlarını məhz kapital bazarları vasitəsilə həyata keçirəcəklər,” – o bildirib.

O əlavə edib ki, bankın təsis mərhələsindən etibarən minoritar səhmdarların hüquqlarının qorunması prinsipləri nəzərə alınıb, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində bu müddəalar təsis sənədlərində əksini tapıb.

Axundovun sözlərinə görə, kapital bazarlarının inkişafında əsas amil etimaddır.

“Bazar qarşısında etimad qazanmaq və onu qorumaq əsas missiyamızdır. Həm fərdi, həm də institusional investorların bazara inamı gücləndirilməlidir,” – o vurğulayıb.

O qeyd edib ki, BFB hazırda transformasiya mərhələsindədir və şəffaflıq, yüksək etik standartlar və investorların qorunmasına əsaslanan mühit formalaşdırmağa çalışır.

N.Təbrizli

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol