• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt qaz tələbatının artımını sürətləndirə bilər

Süni intellekt qaz tələbatının artımını sürətləndirə bilər
02.06.2026 09:49

 

Süni intellekt və məlumat emalı mərkəzlərinin (data center) sürətli inkişafı qlobal qaz tələbatının artım tempini gözləniləndən daha yüksək səviyyəyə qaldıra bilər. Bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Nəcəfin sözlərinə görə, hazırda qaz tələbatının gələcək artımını dəqiq proqnozlaşdırmaq çətindir, çünki süni intellekt texnologiyalarının enerji istehlakına təsiri hələ tam qiymətləndirilməyib.

“Mən hesab edirəm ki, qaz tələbatının artımı ildə 1%-dən çox olacaq. Süni intellekt həyatın bütün sahələrinə nüfuz edəcək və bu, daha çox hesablama gücü, nəticədə isə daha çox enerji tələbi deməkdir”, - Nəcəf bildirib.

O qeyd edib ki, enerji sektoru qarşıdakı illərdə baz yükünün təmin edilməsi ilə bağlı çağırışlarla üzləşəcək və atom energetikasının inkişafı ilə bağlı qəbul olunacaq qərarlar qaz bazarına da təsir göstərəcək.

“Bu artım hətta 2%-dən də yüksək ola bilər. Çox şey növbəti beş-altı ildə qəbul ediləcək siyasi qərarlardan asılı olacaq”, - SOCAR rəhbəri deyib.

Nəcəf əlavə edib ki, neft-qaz sənayesi uzun illərdir kifayət qədər investisiya cəlb etmir və artan tələbat fonunda bu məsələnin həlli vacib olaraq qalır.

N.Tebrizli

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol