• $
  • €
  • ₽
  • ₺
  • £

ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların imkanlarını araşdırır - şirkətin vitse-prezidenti

ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların imkanlarını araşdırır - şirkətin vitse-prezidenti
02.06.2026 12:32

ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların işlənməsi imkanlarını araşdırır, çünki ölkədə indiyədək geniş şəkildə öyrənilməmiş bir sıra geoloji strukturlar mövcuddur. Bunu ExxonMobil-in vitse-prezidenti Con Ardill Bakı Enerji Həftəsində bildirib.

Onun sözlərinə görə, ExxonMobil ABŞ-ın ən böyük neft və qaz idxalçısından dünyanın ən böyük istehsalçısına çevrilməsində mühüm rol oynayan qeyri-ənənəvi ehtiyatlarla bağlı imkanları öyrənmək üçün Bakıya gəlib.

“Məhz buna görə ExxonMobil bu gün Bakıdadır – bu imkanları araşdırmaq üçün”, - Ardill deyib.

O bildirib ki, bu cür layihələrin uğurla inkişafı üçün üç əsas amil vacibdir: uyğun geoloji quruluş, rəqabətqabiliyyətli kommersiya şərtləri və dövlət, investorlar, operatorlar və servis şirkətləri arasında sıx əməkdaşlıq.

Ardillin sözlərinə görə, ExxonMobil təxminən 20 ildir qeyri-ənənəvi ehtiyatlar istiqamətində fəaliyyət göstərir və hazırda ABŞ-ın Perm hövzəsində gündəlik 1,6 milyon barel neft hasil edir. Şirkət bu göstəricini ilin sonunadək 1,8 milyon barelə, 2030-cu ilədək isə 2,5 milyon barelə çatdırmağı planlaşdırır.

2025-ci ilin iyununda SOCAR və ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların potensialının qiymətləndirilməsi üzrə anlaşma memorandumu imzalayıblar.

Ardill qeyd edib ki, ABŞ-da hasilatın sürətli artımını təmin edən horizontal qazma və hidravlik lay çatlatma texnologiyaları uyğun geoloji və kommersiya şərtləri olduğu halda digər ölkələrdə də tətbiq oluna bilər.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol