• $
  • €
  • ₽
  • ₺
  • £

Masdar: Enerji bağlantıları üçün güclü şəbəkələr vacibdir

Masdar: Enerji bağlantıları üçün güclü şəbəkələr vacibdir
02.06.2026 16:49

Regionlararası enerji bağlantılarının uğurla reallaşdırılması üçün ölkələr arasında siyasi uyğunluq, dayanıqlı kommersiya çərçivəsi və etibarlı ötürücü şəbəkələrin yaradılması vacibdir. Bunu Masdar şirkətinin Biznes və Layihələrin İnkişafı üzrə direktoru Abdulla Zayed Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, enerji bağlantısı layihələrinin həyata keçirilməsinin ilk və ən vacib şərti iştirakçı ölkələr arasında siyasi iradənin və əməkdaşlığın mövcudluğudur.

“Enerji bağlantıları yaratmaq istəyən bütün ölkələr arasında siyasi uyğunlaşma olmalıdır. Son illərdə ərəb ölkələri arasında enerji təhlükəsizliyi və regional bağlantıların inkişafı istiqamətində ciddi irəliləyiş müşahidə olunur. Bu cür layihələrin uğuru üçün hökumətlər, hüquqi qurumlar, maliyyə institutları və digər maraqlı tərəflər prosesə cəlb edilməlidir”, – Zayed deyib.

Masdar rəsmisinin sözlərinə görə, ikinci mühüm amil layihələrin iqtisadi və kommersiya əsaslarının formalaşdırılmasıdır.

“Enerji bağlantıları yalnız ötürücü xətlərdən ibarət deyil. Buraya yarımstansiyalar, transformatorlar və digər infrastruktur elementləri daxildir. Bu sistemin işləməsi üçün ölkələr arasında investisiyaları, maliyyələşməni və enerji ticarətini dəstəkləyən kommersiya mexanizmləri yaradılmalıdır”, – o bildirib.

Abdulla Zayed qeyd edib ki, enerji bağlantılarının inkişafında ən vacib komponent texniki infrastrukturdur.

“Bir çox ölkələr daha çox bərpa olunan enerji istehsal etmək potensialına malikdir. Lakin mövcud elektrik şəbəkələrinin imkanları və fasiləli enerji istehsalı ilə bağlı narahatlıqlar bu prosesi məhdudlaşdırır. Region ölkələrinin enerji sistemlərinin birləşdirilməsi bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsinə imkan verəcək”, – o vurğulayıb.

Onun sözlərinə görə, bunun üçün ölkələr arasında müasir və etibarlı ötürücü xətlər qurulmalı, enerji təklifi və tələbi üzrə uzunmüddətli proqnozlaşdırma aparılmalıdır.

Zayed bildirib ki, güclü enerji bağlantıları həm enerji təhlükəsizliyini artıracaq, həm də regionda bərpa olunan enerji layihələrinin inkişafını sürətləndirəcək.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol