• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sığorta bazarında ÜDM payı 1,63 %-ə çatıb

Azərbaycanın sığorta bazarında ÜDM payı 1,63 %-ə çatıb
25.06.2026 10:59

Azərbaycanda sığorta haqlarının ümumi daxili məhsuldakı (ÜDM) payı 2025-ci ildə 1,63 %-ə yüksəlib. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF 2026) bildirib.

Onun sözlərinə görə, əldə olunan nəticələr sığorta bazarının bütün peşəkar iştirakçılarının, xüsusilə də sığorta şirkətlərinin fəal fəaliyyəti sayəsində mümkün olub.

Miskərli qeyd edib ki, son altı ildə həyata keçirilən ümummilli sığorta maarifləndirmə kampaniyaları da bazarın inkişafına mühüm töhfə verib.

“Bu layihənin ümumi büdcəsi təxminən 3-4 milyon ABŞ dolları təşkil edir. Bu il və qarşıdakı illər üçün isə böyük hədəflərimiz var”, –  o vurğulayıb.

İcraçı direktorun sözlərinə görə, əsas məqsəd Azərbaycanda sığortanın nüfuzetmə səviyyəsini hazırkı göstəricidən 3-4 dəfə artırmaq, sığorta haqlarının ÜDM-dəki payını yüksəltmək, sığorta xidmətlərinə çıxışı daha da sadələşdirmək və mövcud qorunma boşluqlarını minimuma endirməkdir.

O bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə sığorta mədəniyyətinin formalaşmasına və əhalinin maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edir.

Aytac Zeynalova

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol