• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank 2027-2030-cu illər üçün yeni strategiya hazırlayır

Mərkəzi Bank 2027-2030-cu illər üçün yeni strategiya hazırlayır
29.06.2026 10:30

Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun inkişafı üzrə 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya hazırlayır.

Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi bildirib ki, hazırda qüvvədə olan üçillik strategiyanın son ili icra olunur və növbəti strateji dövr üzrə hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, yeni strategiyanın əsas istiqamətlərindən biri rəqəmsallaşma və maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi olacaq.

“Dünya artıq rəqəmsallaşma mərhələsini keçir və süni intellektin tətbiqinə doğru irəliləyir. Bizim vəzifəmiz maliyyə institutlarının rəqəmsallaşma səviyyəsini artırmaq və süni intellekt həllərinin tətbiqini təşviq etməkdir”, - Tofidi deyib.

O bildirib ki, Mərkəzi Bank maliyyə sektorunun rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib və bank, sığorta, fintech və kapital bazarları üzrə ilkin nəticələr əldə edib.

Tofidinin sözlərinə görə, yeni strategiya ilk dəfə olaraq maliyyə sektorundan toplanmış real məlumatlar və göstəricilər əsasında hazırlanacaq.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol