• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan xeyir götürən ölkələr - SİYAHI

Azərbaycandan xeyir götürən ölkələr - SİYAHI
29.11.2013 12:00

Azərbaycanın bu ilin ilk 10 ayı ərzində ən çox ticarət etdiyi ölkələrin siyahısı hazırlanıb. 

Dövlət Gömrük Komitəsindən ANN.Az-a verilən məlumata görə, yanvar-oktyabr ayında Azərbaycan 147 ölkə ilə ticarət əlaqəsi qurub. 

Bu müddət ərzində Azərbaycanın 28 milyard 798 mlyon 625 min dollar həcmində ticarət dövriyyəsi gerçəkləşdirib. 

İtaliya siyahıda birinci oldu

Reytinq siyahısına görə, bu ilin ilk 10 ayında Azərbaycanın ən çox ticarət etdiyi ölkə İtaliya olub. Ticarətin həcmi 5 milyard 66 milyon 500 min dollar olub. Siyahıda ikinci yerdə 2 milyard 544 milyon 272 min dollar həcmiylə İndoneziya durur. Üçüncü yerdə isə Rusiya dayanır. Belə ki, Rusiya ilə ticarətin dövriyyəsi 2 milyard 176 milyon 376 min dollar olub. 

Türkiyə isə bu siyahıda 4-cü yerdədir. Azərbaycanın Türkiyə ilə ticarət əlaqəsinin həcmi 1 milyard 644 milyon 181 dollar olub. 

Türkiyədən sonra Almaniya (1 milyard 630 milyon 985 min dollar), Tayland (1 milyard 568 milyon 412 min dollar), İngiltərə (1 milyard 232 milyon 158 min dollar), Fransa (1 milyard 304 milyon 442 min dollar), ABŞ (1 milyard 188 milyon 688 min dollar), İsrail (1 milyard 19 milyon 433 min dollar), Hindistan (910 milyon 762 min dollar), Yunanistan, (749 milyon 475 min dollar), Ukrayna (670 milyon 847 min dollar), Portuqaliya (527 milyon 344 min dollar) və Çin (524 milyon 104 min dollar) siyahıda yer alıb. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol