• $
  • €
  • ₽
  • ₺
  • £

Kulevi Neft Terminalı Rusiya neftindən imtina prosesini sürətləndirir

Kulevi Neft Terminalı Rusiya neftindən imtina prosesini sürətləndirir
01.08.2026 20:30

Gürcüstandakı Kulevi Neft Terminalının operatoru olan “Black Sea Petroleum” şirkəti xam neft təchizatının şaxələndirilməsi istiqamətində tədbirləri davam etdirdiyini və yaxın aylarda zavodun tamamilə Rusiya mənşəli olmayan xam neftin emalına keçəcəyini açıqlayıb.

Şirkətin məlumatına görə, Kulevi Neft Emalı Zavodu iyul ayında Qazaxıstan mənşəli xam neft qəbul edərək emal edib və bu prosesin avqust ayında da davam etdirilməsi planlaşdırılır.

Bildirilib ki, iyulun 1-də şirkət 2026-cı ilin avqust-sentyabr aylarından etibarən zavodun tam şəkildə Rusiya mənşəli olmayan xam neftin emalına keçəcəyini elan etmişdi.

Açıqlamaya əsasən, iyulun 3-də beynəlxalq ticarət şirkəti ilə imzalanmış saziş çərçivəsində avqustun 20-30-u tarixlərində Kulevi Neft Emalı Zavoduna Liviya mənşəli xam neft tədarük ediləcək. Müqavilə 2027-ci ilin sonunadək qüvvədə olacaq və onun uzadılması da nəzərdə tutulur.

Şirkət həmçinin qeyd edib ki, iyulun 24-də Avropa Komissiyası “Black Sea Petroleum”un qurumla fəal əməkdaşlıq etdiyini təsdiqləyib və altı aylıq keçid dövrünün məqsədinin Rusiya mənşəli xam neftin alternativ mənbələrlə əvəzlənməsi üçün şərait yaratmaq olduğunu bildirib.

“Black Sea Petroleum” diversifikasiya planının icrasını davam etdirdiyini, Avropa Komissiyası və digər aidiyyəti qurumlarla konstruktiv dialoq apardığını, həyata keçirilən tədbirlərlə bağlı yoxlanıla bilən məlumatlar təqdim etdiyini vurğulayıb.

Şirkətin açıqlamasında bildirilib ki, fəaliyyət bütün qanunvericilik və tənzimləyici tələblərə uyğun həyata keçirilir, daxili idarəetmə və nəzarət sistemləri gücləndirilir. Məqsəd Kulevi Neft Emalı Zavodunun Rusiya xaricindən xammal tədarükünə maneəsiz keçidini və müəssisənin fasiləsiz, dayanıqlı fəaliyyətini təmin etməkdir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol