• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ödəniş təşkilatlarında müstəqil şikayət mexanizmini məcburi edir

Azərbaycan ödəniş təşkilatlarında müstəqil şikayət mexanizmini məcburi edir
01.08.2026 16:50

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyət qaydalarını dəyişərək, onlardan müştəri şikayətlərinə baxılması üçün müstəqil funksiyanın yaradılmasını tələb edib.


Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, hər bir ödəniş və elektron pul təşkilatı ödəniş xidməti istifadəçilərinin şikayətlərinə baxılması, onların hüquqlarının qorunması və müraciətlərin idarə olunması üçün ayrıca struktur bölmə və ya məsul şəxs təyin etməlidir.
Yeni qaydalara görə, şikayətlərə baxan bölmə təşkilatın biznes əməliyyatlarından müstəqil fəaliyyət göstərməli, müraciətlərin araşdırılması üçün kifayət qədər səlahiyyətə malik olmalı və müvafiq bilik və təcrübəyə sahib əməkdaşlarla təmin edilməlidir.


Qərar həmçinin təşkilatların şikayətlərin qeydiyyatını aparmasını, onların səbəbləri üzrə statistika toplamasını, istifadəçilərin hüquqları barədə məlumatlandırmanı təmin etməsini və fəaliyyət nəticələri barədə ən azı rübdə bir dəfə Müşahidə Şurasına və ya icra orqanına hesabat təqdim etməsini tələb edir.


Qaydalara əsasən, şikayətlərə baxan bölmə Mərkəzi Bankın sorğularının cavablandırılmasını əlaqələndirəcək, istifadəçilərin maliyyə savadlılığının artırılması tədbirlərində iştirak edəcək və müştəri hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflər verəcək.


Tənzimləyici bununla ödəniş xidmətləri bazarında istehlakçı hüquqlarının müdafiəsini gücləndirməyi və şikayətlərin vahid qaydada idarə olunmasını hədəfləyir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
İqtisadiyyat 09:56
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol