• $
  • €
  • ₽
  • ₺
  • £

ABB DigiLife onlayn jurnalını təqdim etdi!

ABB DigiLife onlayn jurnalını təqdim etdi!

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olmaq imkanı yaradır.

DigiLife-ın əsas özəlliyi müxtəlif peşə və maraq sahələrini təmsil edən insanları vahid platformada oxucu və müəllif kimi bir araya gətirməsidir. DigiLife faydalı məlumatlar əldə etmək, eyni zamanda bilik və təcrübələri bölüşmək, fərqli baxış bucaqları ilə tanış olmaq, yeni ideyalar kəşf etmək, fərqli maraqlarıpaylaşanlarla virtual icma yaratmaq üçün rəqəmsal məkandır.

Onlayn jurnalda maliyyə, texnologiya, biznes, karyera, şəxsi inkişaf, həyat tərzi və digər çoxsaylı istiqamətlər üzrə müxtəlif kontentlər paylaşılır. Burada oxucular başqalarının fikir və təcrübələrindən yararlana, yazılanları şərh edə, eyni zamanda öz təcrübələri barədə yazıb paylaşa bilərlər. DigiLife-ın hər kəs üçün açıq rəqəmsal platforma kimi inkişafı nəzərdə tutulur.

Layihənin məqsədi faydalı məzmunu daha geniş auditoriya üçün əlçatan etmək, maarifləndirmək, insanlarda bilik paylaşımına motivasiya yaratmaqdır.

ABB DigiLife layihəsi ilə rəqəmsal xidmətlərin inkişafına yeni istiqamət əlavə edir, müştərilərin həyat tərzi tərəfdaşı olaraq onların gündəlik həyatına yeni dəyər qatmağı hədəfləyir.

Onlayn jurnalla buradan tanış ola, siz də DigiLife üçün yaza bilərsiniz.

Jurnal haqqında hazırlanmış video ilə buradan tanış olun.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb
İqtisadiyyat 13:40
"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
İqtisadiyyat 12:33
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
İqtisadiyyat 12:02
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Kommersiya qurumlarının sayı artıb
İqtisadiyyat 10:52
Kommersiya qurumlarının sayı artıb
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
İqtisadiyyat 09:38
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
General Natiq Əliyevin qızı saxlanılıb
İqtisadiyyat 09:22
General Natiq Əliyevin qızı saxlanılıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:17
Dünya bazarlarında neft ucuzlaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:08
Məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol