• $
  • €
  • ₽
  • ₺
  • £

"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb

"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb
12.11.2026 13:40

Caspian Geo" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" perspektiv strukturunda 3D OBN ("Ocean Bottom Node", Dəniz Dibi Nodlar) metodundan istifadə etməklə seysmik kəşfiyyat işlərinə başlayıb.

Bu barədə "SOCAR Exploration" şirkətinin idarəedici direktoru Kamran Zahid öz sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd olunan işlərin sifarişçisi "SOCAR Exploration" şirkətidir.

K.Zahidin sözlərinə görə, bu, xaricdə uğurla başa çatdırılmış iki çəkilişdən sonra, son 12 ay ərzində şirkətin rəhbərliyi altında həyata keçirilən üçüncü seysmik kəşfiyyat layihəsidir.

"İşlərin aparılması prosesində əldə edilən yeni məlumatlar perspektiv obyektlərin kompleks qiymətləndirilməsini həyata keçirməyə imkan verəcək və gələcək axtarış-kəşfiyyat quyularının planlaşdırılması üçün baza olacaq", - o qeyd edib.

Xatırladaq ki, "Qoşadaş" perspektiv strukturu Abşeron arxipelaqından şimal-qərbdə, Xəzər dənizində Azərbaycanın kontinental şelfində, sahildən təxminən 15 km məsafədə yerləşir. Bu zonada dənizin dərinliyi 10 metrdən 50metrə qədər dəyişir. Məlumdur ki, 1957-1977-ci illər ərzində bu ərazidə artıq seysmik tədqiqatlar həyata keçirilib.

"SOCAR Exploration" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili və beynəlxalq geoloji kəşfiyyatın aparılması, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və kommersiya fəaliyyəti üçün cavabdeh olan bölməsidir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
İqtisadiyyat 12:33
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
İqtisadiyyat 12:02
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Kommersiya qurumlarının sayı artıb
İqtisadiyyat 10:52
Kommersiya qurumlarının sayı artıb
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
İqtisadiyyat 09:38
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
General Natiq Əliyevin qızı saxlanılıb
İqtisadiyyat 09:22
General Natiq Əliyevin qızı saxlanılıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:17
Dünya bazarlarında neft ucuzlaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:08
Məzənnə açıqlanıb
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol